Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

DİNİ KOMİTƏ – 10 dini təhsil müəssisəsi qeydiyyata alındı 

Ölkə ərazisindəki 2246 məsciddən 136-sı Bakı şəhərində yerləşir.

Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan, yəni 2009-cu il sentyabrın 1-dən etibarən 793 dini qurum qeydiyyatdan keçib.

Din.az bildirir ki, bu barədə Axar.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, konfessional baxımdan onların 765-i islam, 17-si xristian, 8-i yəhudi, 1-i krişna, 2-si bəhai təmayüllüdür.

Bundan başqa, ötən il 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.

Komitənin məlumatında qeyd edilir ki, ölkə ərazisindəki 2246 məsciddən 136-sı Bakı şəhərində yerləşir. Ölkədə 14 kilsə, 7 sinaqoq, 748 pir və ziyarətgah fəaliyyət göstərir, pir və ziyarətgahlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...