Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dini Komitə “BABASİL DUALARI” olan kitablara görə ELŞAD MİRİNİ günahlandırdı – ŞƏRH

İlahiyyatçı Elşad Miri bu iddiaları gülünc adlandırıb.

Tanınmış ilahiyyatçı Elşad Miri Dini Komitənin mətbuat katibi və sədr köməkçisinin haqqında irəli sürdüyü ittihamlara cavab verib.

Din.az A24.az-a istinadən xəbər verir ki, Dini Komitənin sədr köməkçisi Amil Əliyev və mətbuat katibi Yaqut Əliyeva ilahiyyatçı Elşad Miri haqqında ittiham irəli sürüb.

İlahiyyatçı Elşad Miri bunu gülünc iddia adlandırıb:

“Bu gün Dini Komitədən həm gələcəyinə ümid bəslədiyim dostum Amil Cavadov, həm də Yaqut Xanım gündəmə gətirdiyim “Babasil duaları” ilə məşhur olan kitablara rəy verildiyi dövrdə Komitədə çalışdığımı qeyd ediblər.

Amma hələ də bilmirlər ki, yaxud orda bilənlərdən soruşmurlar ki, mən Komitədə Ekspertiza şöbəsində çalışmamışam. Heç bir kitaba da rəy verməmişəm. Elə bir məsələ olsaydı, çoxdan bunu ortalığa çıxarıb əleyhimə istifadə edərdilər.

Bu gün məni dostluqdan çıxararaq bloka atan Nahid Məmmədovun ekspertizasındakı iki otaq ixtiyarımda olub. Sadəcə bir xatırlatmadır.”

İlahiyyatçı həmçinin qeyd edib ki, mən həm Amilin, həm də Yaqutun yazdıqlarını profilimdə paylaşdım. Ümid edirəm ki, dostlar da bu yazdıqlarımdan narahat olmadan öz profillərində görünməsinə tolerant yanaşacaqlar. Nahid kimi dostluqdan çıxıb bloka atmayacaqlar.

Qeyd edək ki, Dinşünaslıq ekspertizasının şöbə müdiri Nahid Məmmədov sosial şəbəkədə paylaşdığı yazını Elşad Mirinin haqlı tənqidindən sonra silərək onu sosial şəbəkədə əngəlləyib.

İlahiyyatçı bu haqda bildirib:

“Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov tolerantlıq göstərə bilmədi, dözümlülük nümayiş etdirmədi və dostluğumdan çıxdı.

Yazdıqlarıma cavab yazmaq əvəzinə, öz yazdıqlarının arxasında dayanmaq yerinə zəng edib statusumu silməyimi istəməsi isə anlaşılan deyil. Ümid edirəm ki, öz böyük yazısını yazdığım balaca statusdan sonra silməsi ya həqiqətləri anladığı üçündür, ya dası özünün telefonda dediyi kimidir.

Həqiqətlər həmişə acı olur. Amma dost acı söylər. Yaltaqlar tərifləyər.”

Ən maraqlı məqam da odur ki, dini komitənin iki ayrı-ayrı əməkdaşının (Yuxarıda sözügedən şəxslərin – red.) fikirləri üst-üstə düşmür. Elşad Mirini ekspertiza oyununa çəkən Amil Cavadov hətta həmkarının verdiyi ekspertizanın biabırçılığına göz yumur.

Bu da daha bir fakt:

Başqa qeyri-adi bir məqam isə Dini komitənin müdafiəçiləri qismində çıxış edən feyk profillərdir.

Məsələn, bir (Yaxud bir neçə – red.) feysbuk ünvanının sahibi ilahiyyatçını Komitəni məhkəməyə verməkdə ittiham edir. Onu “dostluğu” pozmağına eyham vurur.

Amma ki…

İlahiyyatçı problemin üstünəgedir və əsas məsələni qabardır: “Komitədə dostlarım və yaxınlarım çoxdur. Sədr Mubariz Qurbanlıya da böyük hörmətim var. Sadəcə bəzi ekspertlərin məsələyə MƏZHƏB prizmasından yanaşmasına görə və yazdıqlarımı həzm edə bilməyərək CIR rəy yazdıqlarına görə məhkəməyə müraciət edirəm. Bunun isə şəxsi münasibətlərə təsiri olmamalıdır. İşlə dostluğu qarışdırmaq olmaz. Dost dostunun yaxşılığını istəyər”.

İndi isə keçək əsas mətləbə.

Fakt faktılığında qalır. Ölkənin kitab bazarını “Ağcaqanad duası”, “Qızdırma duası”, “Babasil duası” məzmununda gülüş obyektinə çevirilən ədəbiyyatlar doldurub. Amma Elşad Mirinin “İslamda yoxdur” kitabı Komitədəki bəzi dostların məzhəb düşmanlığına tuş olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...