Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dini Komitə vətəndaşlara müraciət edib

Dini qurumlarla iş sahəsində işçilər axtarılır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vakansiyalar üzrə daxili müsahibə elan edib.

Din.az bildirir ki, Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, müsahibə aşağıdakı vakansiyalar üzrə keçiriləcək:

Dini qurumlarla iş üzrə şöbə, şöbə müdiri;

Dini qurumlarla iş üzrə şöbə, Dini təhsil sektoru, sektor müdiri.

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

ərizə;

əmək kitabçasının surəti;

ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şahədətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidən hazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə);

kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...