Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dini Komitədə nə baş verir? – ANALİZ

Sayt və portallarda komitələrlə əlaqəli 10079 xəbər yerləşdirilib.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin may ayı üzrə analiz işini yekunlaşdırıb.
Din.az bildirir ki, “A24.az” Media Təqib Mərkəzinə istinadən dövlət komitələri ilə bağlı may ayı üzrə məlumatları təqdim edir:
2018-ci ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 10079 xəbər yerləşdirilib. Bunlardan 458-si müsbət, 72-si mənfi və 9549-u isə neytral xəbərlərdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsi (420 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısının alınması) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (38 xəbər – Qanunsuz məscid aşkarlandı) aiddir. Mənfi xəbərlər arasında liderlər: Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi (32 xəbər – Dövlət komitəsi ləğv edilib), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (21 xəbər – Dövlət Komitəsində maliyyə pozuntularına yol verilib), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (11 xəbər – Qaçqın evləri üzərində alver).
Xəbər sayına görə sıralama:
1 Dövlət Gömrük Komitəsi 3305 xəbər

2 Əmlak Məsələləri Dövlət Komitəsi 1269 xəbər

3 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 1244 xəbər

4 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 1189 xəbər

5 Diasporla İş üzrə Dövlət Komitəsi 1113 xəbər

6 Dövlət Statistika Komitəsi 950 xəbər

7 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 480 xəbər

8 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 347 xəbər

9 Şəhərsalma və Arxitektura Komitəsi 157 xəbər

10 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 19 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1406 xəbər dərc edilib. Bu xəbərlərdən 1361-i neytral, 45-i isə müsbətdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsi (41 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısının alınması) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (4 xəbər – Qanunsuz məscid aşkarlandı) məxsusdur. May ayında bu sektorla bağlı yazılı mətbuatda mənfi xəbər dərc olunmayıb.
Xəbər sayına görə sıralama:
1 Dövlət Gömrük Komitəsi 393 xəbər

2 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 227 xəbər

3 Əmlak Məsələləri Dövlət Komitəsi 215 xəbər

4 Dövlət Statistika Komitəsi 140 xəbər

5 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 137 xəbər

6 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 116 xəbər

7 Diasporla İş üzrə Dövlət Komitəsi 101 xəbər

8 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 50 xəbər

9 Şəhərsalma və Arxitektura Komitəsi 22 xəbər

10 Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 3 xəbər

May ayında televiziya kanallarında komitələr haqqında 908 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:
1 Dövlət Gömrük Komitəsi 300 xəbər

2 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 197 xəbər

3 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 122 xəbər

4 Əmlak Məsələləri Dövlət Komitəsi 109 xəbər

5 Dövlət Statistika Komitəsi 62 xəbər

6 Diasporla İş üzrə Dövlət Komitəsi 56 xəbər

7 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 43 xəbər

8 Şəhərsalma və Arxitektura Komitəsi 13 xəbər

9 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 6 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:
+994 12 409 90 09
+994 51 408 08 88
+994 12 408 08 88
[email protected]

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...