Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

DİNİ KOMİTƏNİN SABİQ SƏDRİ: BELƏ DİN XADİMLƏRİNİ ÖLKƏDƏN ÇIXARMAQ LAZIMDIR

“Ramazan çox sevilən və bütün bayramlara əsas verən bir aydır”.

“Ramazan ayında toy etmək olmaz” fikri cəfəngiyyatdan başqa bir şey deyil”.

Din.az bildirir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev “Modern.az”a açıqlamasında deyib.

“Ramazan çox sevilən və bütün bayramlara əsas verən bir aydır. Təkcə Azərbaycandan başqa bütün ərəb ölkələrində Ramazan ayında restoranlar, şadlıq evləri toy üçün tutulur. Axşam iftardan sonra səhərə qədər toy çalınır. “Ramazan ayında toy etmək olmaz” deyən din xadiminin İslam dinindən anlayışı yoxdur. O, din xadimi deyil. Əhalini yanlış yönləndirdiyi üçün onu ölkədən çıxarmaq lazımdır. Camaatın toy, nişan, ad günü sevincini niyə əlindən alırlar? İslamda belə şey qətiyyən yoxdur”.

R.Əliyev bildirib ki, Ramazanda toy etməmək İslamın əleyhinə çıxmaqdır. O, həmçinin Məhərrəm ayında da toy keçirməmək fikrinin əleyhinədir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...