Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

DİNİ LİDERLƏR QARABAĞA GÖRƏ GÖRÜŞƏCƏKLƏR

Din xadimlərinin səyləri regionda vəziyyəti yaxşılaşdıra bilər.

Sentyabrın 8-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.

Din.az bildirir ki, bu barədə jurnalistlərə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin mətbuat katibi Aleksandr Volkov məlumat verib.

Görüş Müqəddəs Danil monastırında keçiriləcək.

A.Volkov vurğulayıb ki, din xadimlərinin və dindarların səyləri regionda vəziyyətin yaxşılaşmasına kömək edir. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...