Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Dini məbədlərdə çəkiliş aparılması ilə bağlı MTRŞ və Mətbuat Şurasına müraciət edilib

“Bəzən dini abidələrdə dini həssalıq nəzərə alınmır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini məbədlərdə çəkilişlərin aparılması ilə bağlı Milli Televiziya və Radio Şurasına (MTRŞ) və Mətbuat Şurasına məktub ünvanlayıb.

Din.az “Trend”ə istinadən xəbər verir ki, Komitə sədri Mübariz Qurbanlı jurnalistlərə bildirdiyinə görə, bəzən dini abidələrdə çəkiliş aparır, mahnı oxuyur və dini həssalığı nəzərə almırlar:

“Bu isə sonradan müəyyən problemlərin yaranmasına səbəb olur. Bütün dini abidələrdə, istər senaqoq olsun, istər kilsə, istərsə də məscid – çəkiliş apararkən diqqətli və həssas olmaq lazımdır ki, sonradan problemlər ortaya çıxmasın. Qanunda bununla bağlı məsələ əksini tapmayıb, ancaq bu, mənəviyyat məsələsi olduğuna görə, diqqətlə yanaşılmalıdır. Gələcəkdə bu məsələ ilə bağlı qanuna dəyişikliyin edilməsi nəzərdə tutulur”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...