Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Dini mərasimlər keçirilərkən çərçivədən kənara çıxılmamalıdır – Komitə sədri

M.Qurbanlı: “”Bütün gənclik dininə sadiq olmalıdır.”

“Maarifləndirmə gücləndirilməlidir ki, insanlar dini mərasimlər keçirərkən çərçivədən kənara çıxmasın”.

Din.az bildirir ki, bu sözləri Publika.az-a Dini Qurumlarla iş üzrə Dövlət Komitədinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, gənclərin adi salavat verə bilməməsi maariflənmənin nisbətən az olduğundan xəbər verir: “Bütün gənclik dininə sadiq olmalıdır. Dini mərasimlərdən xəbərdar olmalı, ritualları bilməlidir. Bu mərasimlərdə vətəndaşlara heç bir hüquqi məsuliyyət yoxdur. Bu, birbaşa mənəviyyat məsələsidir. Bəzən ali təhsilli, dünyagörüşlü insanlar bu mərasimlərin keçirilməsi zamanı israfçılığa yol verir. “Camaat nə deyər” prinsipi insanları səhv etməyə sövq edir. Bu isə düzgün deyil. Hər bir şəxs düşünməlidir ki, “Allah nə deyir? Dinimiz nə buyurur?” Bu gün müasir insan dindən başqa məqsədlərlə istifadə etməyə cəhd edərsə, əlbəttə ki, bu məsələyə dövlət müdaxilə edəcək. Azərbaycanda bu kimi hallara rast gəlinmir. Lakin maarifləndirmə aparılmazsa, dünya ölkələrində baş verən bu kimi hallar bizə də yansıya bilər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...