Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dini qanunvericiliyi pozanlar Azərbaycandan qovulacaq

Dini etiqad azadlığı haqqında qanunvericilikdə dəyişiklik edilir.

Dini etiqad azadlığı haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılacaq.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 516-cı (Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması) maddəsinin 516.0.1-ci bəndinə dəyişiklik təklif edilir.

Dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanı ( Dini Qurumlarala İş üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyi öz səalahiyyətləri daxilində) ilə razılaşdırılmadan vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə gödərilməsinə, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsinə görə, inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, mal və məmulatlar və materiallar müsadirə edilməklə, vətəndaşlar 2000 manatdan 2500 manatadək məbləğdə, vəzifəli şəxslər 8000 manatdan 9000 manatadək məbləğdə, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.
Qanun layihəsinə dəyişiklik Milli Məclisin martın 6-da keçiriləcək iclasında müzakirə ediləcək. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...