Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dini qruplaşmanın üzvü olan ata 13 yaşlı qızını ərə verir – Azərbaycanda DƏHŞƏT

“Övladımı düşünüb hər şeyi gözə almışam”.

Azərbaycanda radikal dini qruplaşmanın üzvü olan ata 13 yaşlı qızını ərə verir.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, hələlik kimliyi açıqlanmayan radikal dindar 6 ildir bu qruplaşmanın üzvüdür.

Qızının talehindən narahat olan ana “Səni axtarıram” proqramına gələrək kömək istəyib:

“Uşaqlarımın atası 5 ildir radikal dini qruplaşmaya qoşulub. Onların inancına görə, qız uşağını 13 yaşında ərə vermək olar. Mənə deyir ki, qızımızı 13 yaşı var, artıq ərə verməliyəm. Özünün qruplaşmasından olan birinə, dindara ərə vermək istəyir.

Axırıncı 5 aydır bu söhbət gedir. Bu ildən artıq məktəbə getməyə də icazə vermir. Dərslər başlanandan bəlkə də 5 gün dərsə gedib. Məktəb direktoru və müəllimlər də bundan xəbərdardır. Övladımı düşünüb hər şeyi gözə almışam”.

Adı gizli saxlanılan 13 yaşlı qız anasının sözlərini təsdiqləyib və atasının ona “səni evləndirəcəm” dediyini söyləyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...