Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Dini Qurumların 2015-ci ilin yekunlarına həsr edilən HESABATI çap edildi

Share Button

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci ilin yekunlarına həsr edilən hesabatı çap edilib. “Din.az” xəbər verir ki, nəşr Komitənin 2015-ci il ərzində fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirləri, tətbiq etdiyi yenilikləri əhatə edir. Nəşrdə ötən il Komitənin əsas fəaliyyətinin milli-mənəvi dəyərlərin təbliği, radikalizmlə mübarizə, respublikada dini durumun öyrənilməsi, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, […]

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci ilin yekunlarına həsr edilən hesabatı çap edilib.

“Din.az” xəbər verir ki, nəşr Komitənin 2015-ci il ərzində fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirləri, tətbiq etdiyi yenilikləri əhatə edir.
Nəşrdə ötən il Komitənin əsas fəaliyyətinin milli-mənəvi dəyərlərin təbliği, radikalizmlə mübarizə, respublikada dini durumun öyrənilməsi, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətinə yönləndirildiyi və bu sahədə görülən işlər əksini tapıb.

Eyni zamanda, Hesabatda qeyd edilib ki, Dövlət Komitəsinin ötən il ərzində fəaliyyətinin əsas istiqamətlərindən birini radikalizmlə mübarizə təşkil edib. Bu sahədə həyata keçirilən tədbirlər silahlı qüvvələr, hüquq-mühafizə orqanları, dini icmalar və dini təhsil müəssisələrini, orta, orta ixtisas və ali məktəbləri, qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı əraziləri, cəzaçəkmə müəssisələrini əhatə edib.

Dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində qeydiyyata alınan dini icmalar, ölkəyə gətirilən və ya ölkədə çap olunan zərərli dini ədəbiyyatın yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər, Dövlət Komitəsi tərəfindən dini maarifləndirmə sahəsində çap edilən kitablar barədə məlumat, il ərzində baş tutan tədbirlər, görüşlər, xarici səfərlərlə bağlı fotoşəkillər də Hesabatda yer alıb.
Nəşr geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Media nümayəndələri Hesabata istinad edərək Komitənin fəaliyyəti barədə müxtəlif məlumatlardan istifadə edə və paylaşa bilərlər.

MÜZAKİRƏ

1 şərh Dini Qurumların 2015-ci ilin yekunlarına həsr edilən HESABATI çap edildi üçün

  1. firuze dedi:

    Dövlət Komitəsinin ötən il ərzində fəaliyyətinin əsas istiqamətlərindən birini radikalizmlə mübarizə təşkil edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir