Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dini Qurumların çapına icazə verdiyi kitablardakı biabırçılıq: “Babasil üçün dua” – FOTOFAKTLAR

“Müsəlman qalası” kitabındakı fırıldaqlar …

Din.az A24.az-a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzarətindən keçərək nəşrinə icazə verilən dini kitablar vətəndaşları din adına aldatmaqdadır.

Çapına icazə verilən kitablardan biri “Müsəlman qalası” kitabıdır. Kitabdakı fırıldaqlara nəzər yetirək.

Əvvəlcə sinə, döş və ürək ağrıları üçün oxunması məsləhət bilinən ayənin tərcüməsinə baxaq:

“Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır.” (“İsra” surəsi, 17/82)

Ümumiyyətlə bu ayədə keçən şəfa sözünü yazarın tibbi şəfa kimi anlaması qəribə olsa da, sual yaranır ki, bəs bu ayədə sinə, döş və ürək sözləri harada keçir? Çünki aşağıdakı digər mövzu ayaq ağrıları üçün olan duadır və bu səfər başqa bir ayə istifadə olunub.

“Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. (Allahdan) başqa heç bir sığınacaq tapa bilməzsən!” (“Kəhf” surəsi, 18/27)

Bəs bu ayənin ayaq ağrısı ilə nə əlaqəsi?

Hər mövzunun altına ümumiyyətlə mövzu ilə əlaqəsi olmayan ayələr yazılıb. Tərcüməsinə isə ehtiyac duyulmur. Çünki oxucunu aldatmaq lazımdır. Əgər tərcüməsini bilsə “nə əlaqəsi var?” deyə sual verə bilər.

Məsələn:

“Yuxudan ayılmaq üçün ayə”

Yuxudan oyanmaq üçün məsləhət bilinən ayədə baxaq yuxu ilə bağlı nə oxumuş oluruq.

“De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Ona tərəf doğru yol tutun və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!” (“Fusillət” surəsi 41/6)

Bu ayənin yuxudan oyanmaqla nə əlaqəsi var? Və ya bu ayənin yuxudan oyanmaq üçün olduğunu biz nəyə dayanaraq deyirik? Allah bizə sehr, tilsim kitabımı göndərib? Allahın ayələrini bu kimi uydurma fikirlərə aid etməyin və bu kitabla insanları din adına aldadılmasına imkan verən Dini Qurumların məqəsədi nədir? Sadəcə görünən odur ki, yazarın və Dini qurumların dinlə heç bir əlaqəsi yoxdur.

Digər mövzu: “Sonsuz qadının şəfası”

Yazı başdan sona qədər xurafatla dolu olsada baxaq görək sonsuz qadın üçün hansı ayədən istifadə olunub?

“Ey Yəhya! Kitabdan bərk yapış (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.” (“Məryəm” surəsi, 19/12)

Bəs bu ayənin sonsuz qadının şəfası ilə bir əlaqəsi varmı? Görünən yenə də yazarın din adına insanları aldatması və bu kitabın çapına icazə verən Dini Qurumların göz yummasıdır.

Bu kimi İslam dini adına uydurma, hər cür yalan və iftiralar dolu kitablar dini kitab mağazalarında çoxluq təşkil edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...