Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan əleyhinə gedən yazılarla bağlı nəzarət qrupu yaradıb

“Azərbaycandakı dini durumla bağlı yazılarda qərəz, ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq cəhdləri özünü göstərir”.

Sosial mediada dinlə bağlı gedən yazılar bəzi hallarda bizi qane etmir.

Din.az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, xüsusilə xaricdə olan şəxslər tərəfindən sosial media üzərindən Azərbaycandakı dini durumla bağlı yazılarda qərəz, ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq cəhdləri özünü göstərir:

“Azərbaycan dini tolerantlıq, multikultural dəyərlərin qorunması baxımından nümunəvi bir ölkədir, amma bəzi qrup və dairələr xaricdə sosial şəbəkələr üzərindən yalnış məlumatlar yaymağa cəhd edirlər. Bunun qarşısını almaq üçün bizim qrupumiz fəaliyyət göstərir və bu cür məlumatlar olduqda bu məlumatların yanlış olması barədə ictimaiyyəti məlumatlandırırıq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...