Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nələrə nail oldu?…

“Komitə dini durumda sabitlik üçün, dini durumun sabitlənməsi üçün xeyli işlər görüb.”

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 18 ili tamam olur.
Dini Komitə ölkə Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılıbr.

Dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, bu qurumların nizamnamələrinə (əsasnamələrinə) müvafiq qaydada dəyişikliklər və əlavələr edilməsinin təmin olunması və s. məsələlər Komitənin vəzifələridir.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov deyib ki, o dövrdə belə bir qurumun yaradılması tarixi zərurət idi.

“Qısa müddətdə bu qurum dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük işlər gördü. Mənim də əsas karyeram bu qurumdan başladı. O günləri yaxşı xatırlayıram. İlkin dövrlərdə 25 əməkdaş, 5 regional şöbə ilə fəaliyyətə başlayan bu qurumun indi bölgələrdə təkcə 15 regional şöbəsi var. Dövlət Komitəsi hazırda böyük dövlət qurumlarından birinə çevrilib. Tabeliyində Mənəvi Dəyərlərin Təbliği və Azərbaycan İlahiyyat İnstitutu kimi vacib qurumlar fəaliyyət göstərir. Bu münasibətlə Dövlət Komitəsinin rəhbərliyini, eləcə də bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram!”.

Din.az-ın məlumatına əsasən, dinşünas alim Nəriman Qasımoğlu isə Modern.az-a açıqlamasında bildirib:

“Dini sahədə müəyyən səliqə-sahman məqsədilə yaradılan Komitə dini durumda sabitlik üçün, dini durumun sabitlənməsi üçün xeyli işlər görüb. Son dövrlərdə Dini Komitənin faəliyyəti bir aspektlə zəngiləşib ki, bu maarifçilik məsələlərinə diqqətin artırılmasıdır. Bu xoş bir uğurdan xəbər verir” .

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...