Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə YENİ SƏLAHİYYƏTLƏR verilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bir sıra səlahiyyətlər verildi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni səlahiyyətlər verilib.

Din.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 15 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.

Dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsinə və Qafqaz Müsəlmanları İdarəsinin müraciəti əsasında xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxılması üçün razılıq verilməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətində olacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...