Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradıldığı gün – VİDEO

Komitənin əsas vəzifələri dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasıdır

2001-ci il iyunun 21-də mərhum Prezident Heydər Əliyevin sərancamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılıb.

“Din.az” xəbər verir ki, komitənin əsas vəzifələri dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların xahişi əsasında dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərilməsi, dini mərkəzlərdən, dini idarələrdən, digər dini qurumlardan məlumatlar almaqla ümumi məlumat bankının yaradılmasıdır.

“Din.az” mövzu ilə bağlı videosüjeti təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...