Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dini radikalizm və ona qarşı mübarizə müzakirə edilib 

“Ölkədə dini radikalizmin yayılmasının qarşısının alınması üçün mühüm işlər görülür”.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) və Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayonu 283 №-li tam orta məktəbdə “Dini radikalizm və ona qarşı mübarizə“ mövzusunda tədbir keçirilib.

Din.az bildirir ki, Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, seminarda DQİDK-nin sədr müavini Gündüz İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, məktəbin müəllimləri, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tünzalə Zeynalova “Dini radikalizm və ona qarşı mübarizə“ mövzusunda tədbirin məktəblərdə keçirilməsinin yeniyetmələrin maariflənməsi, milli – mənəvi dəyərlərin, ölkədə mövcud sabit mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb etdiyindən danışıb.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə olan, eləcə də dini fanatizm, radikalizm və ekstremizm meyllərinə qarşı olan “ Şəhadət “ filmi nümayiş etdirilib.

G.İsmayılov məruzə edərək, ölkədəki dini durumdan, dini icmaların fəaliyyətindən, dövlət – din münasibətlərindən və ölkədə dini radikalizmin yayılmasının qarşısının alınması üçün mühüm tədbirlərin keçirildiyindən söz açıb. Mövzunun aktuallığını qeyd edərək şagirdlərin bu istiqamətdə maariflənməsinin böyük əhəmiyyətini vurğulayıb.

E.Dadaşov Azərbaycan dövlətinin və cəmiyyətinin dini radikalizmin təhlükəsindən qorunması, şagirdlərin dini cərəyanların təsiri altına düşməməsi üçün bu cür maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin vacibliyindən danışıb.

Sonda mövzu ilə bağlı müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...