Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

DİNİ RADİKALİZMLƏ bağlı tədbir keçirildi

Dini radikalizm və ekstremizmlə bağlı birgə fəaliyyətlər gücləndirilir.

Nərimanov Rayon İcra Hakimiyyətində “Dini radikalizm və ekstremizmlə bağlı birgə fəaliyyətin gücləndirilməsinə və maarifləndirmə işlərinə dair 2018-ci il Tədbirlər Planı”na əsasən “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.

Din.az xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, sözügedən komitənin və Qafqaz Müsəlmanları İdrarəsinin nümayəndələri, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, Nərimanov, Nəsimi və Yasamal rayonlarının icra hakimiyyətləri, dindarlar iştirak edib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov tədbirdə deyib ki, dünyanın bir çox ölkələrində dini, siyasi qarşıdurmaların və iğtişaşların hökm sürdüyü bir zamanda Azərbaycanda tolerant, multikultural və həmrəylik dəyərləri təbliğ olunur. O, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edib.

Maarifləndirici tədbirlərin xüsusi əhəmiyyətinə toxunan natiq, Nərimanov rayondundakı dini vəziyyətə dair geniş məlumat verərək, müxtəlif xalqların yüzilliklər ərzində dinc və mehriban şəraitdə yaşadığı respublikamızın bütün bölgələrində olduğu kimi, Nərimanov rayonunda da dini durumun sabit olduğunu qeyd edib.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxış edərək Dövlət Komitəsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsindən danışıb.

Respublika Baş Prokurorluğunun İctimai Təhlükəsizlik İdarəsi rəisinin müavini Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsi rəisinin müavini Oqtay Tağıyev və digərrləri radikalizm əleyhinə görülən tədbirlər barədə məlumat veriblər. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...