"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

“Dini radikalizmlə mübarizə, milli mənəvi dəyərlərimizin təbliği” start götürdü

Share Button

Dini radikalizmin qarşısının alınmasında ən mühüm addım maarifləndirmədir

“Dini radikalizmlə mübarizə, milli mənəvi dəyərlərimizin təbliği” adlı layihənin icrasına başlanılıb.

“Din.az” xəbər verir ki, bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə dini radikallıq və ekstremizmə qarşı yönəlmiş maarifləndirici tədbirlər çərçivəsində Ağdam rayonunda “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən “Dini radikalizmlə mübarizə, milli mənəvi dəyərlərimizin təbliği” adlı layihənin icrasına başlanılıb.

Layihə çərçivəsində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Anar Əsgərov, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin həmtəsisçisi Zahid Əkbərov, ziyalılar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Layihənin icrası zamanı iştirakçılara radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı səmərəli mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində məlumat verilib, həmçinin gənclərin milli mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edilib.

Dini radikalizmin qarşısının alınmasında ən mühüm addımın maarifləndirmə olduğunu qeyd edən natiqlər gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində bu cür layihələrin reallaşdırılmasının vacibliyindən danışıblar.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən, dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” sənədli filmi nümayiş etdirilib və film ətrafında müzakirələr aparılıb.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilib.

dini_qurumlar_020816_01

dini_qurumlar_020816_02

dini_qurumlar_020816_03

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir