"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Dini Şura 15 iyul çevriliş cəhdi ilə əlaqədar toplaşır

Share Button

Fövqəladə toplantıda 300 nümayəndə heyəti iştirak edəcək…

Din Şurası, Diyanət İşləri naziri Prof.Dr.Mehmet Görmez “15 iyul dövlət çevrilişə cəhd və dini istismara qarşı birlik, həmrəylik və  gələcək perspektivlər” başlıqlı fövqəladə toplantı keçirir.

Din Şurası, 15 iyul gecəsində yaşanan qanlı dövlət çevrilişi və işğalı, dini istismar edən bir təşkilat FETÖ/PYD tərəfindən gerçəkləşdirilən ölkə və millət olaraq içindən keçdiyimiz müddəti dəyərləndirmək, bu və bənzəri hadisələrin ölkəmizə, millətimizə, İslama, Müsəlmanlara verdiyi zərərləri təsbit etmək, dini mövqedən bu istiqamətdə müşavirələr keçirmək üçün “15 iyul Dövlət Çevrilişinə Cəhd və Din İstismarına qarşı Birlik, Həmrəylik və Gələcək Perspektivlər” başlığı altında ilk dəfə fövqəladə toplanacaqlar.

Şuraya, keçmiş diyanət işləri nazirləri, keçmiş din işləri ali təşkilat başçıları və üzvləri, ilahiyyat fakultələrindən dekanlar və müəllimlər, Diyanət İşləri Nazirliyi, Dini İşlər Ali Təşkilatı, Milli Təhsil Nazirliyi, Ali Təhsil Təşkilat Nazirliyi, Din Təhsili Ümumi Müdirliyi başda olmaqla müxtəlif ictimai təşkilat və qurumlardan 300 nümayəndə heyəti iştirak edəcək.

İki gün davam edəcək şura 4 avqust cümə axşamı Diyanət İşləri naziri Prof.Dr. Mehmet Görmezin oxuyacağı yekun qərarla başa çatacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir