Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin qanunsuz mübadiləsinə görə cərimələr qüvvəyə minib

Dini sahədə cərimələr tətbiq olunacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmadan, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din mütəxəssislərinin mübadiləsinə görə cərimələr tətbiq olunacaq.

Din.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə qüvvəyə minən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Dövlət Komitəsi ilə razılaşdırmadan, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din mütəxəssislərinin mübadiləsinə görə vətəndaşlar iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməklə Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılacaq.

İndiyə qədər bu cərimələr yalnız müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndər

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...