Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Dini təhlükəsizlik ictimai-siyasi təhlükəsizliyin vacib elementidir” mövzusunda seminar olub

Ölkəmizdə dini fanatizm və dini radikalizm meyllərinə qarşı tədbirlər həyata keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə Tədbirlər Planına uyğun olaraq “Dini təhlükəsizlik ictimai-siyasi təhlükəsizliyin vacib elementidir” mövzusunda seminar keçirilib.

Din.az bildirir ki, öncə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan DSX Sərhəd Nəzarətinin rəisi, general-mayor Abbas Xəlilov mövzunun aktuallığından danışıb. Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını xüsusi qeyd edib.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bu cür seminarların keçirilməsində əsas məqsədin gəncləri Vətənə məhəbbət, xalqının tarixinə, mədəniyyətinə və milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə etmək, eləcə də dini fanatizm, dini radikalizm və dini ekstremizm meyillərinə qarşı mübarizə aparmaq olduğunu bildirib. S.Heydərov vətənpərvərliyin gücləndirilməsində milli mənəvi dəyərlərin özünəməxsus rolu olduğunu, DQİDK-nin bu istiqamətdə müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etdiyini, Silahlı Qüvvələrin bütün hərbi hissələrində maarifləndirici tədbirlərin keçirildiyini qeyd edib.

Sədr müavini, eyni zamanda dini radikalizm və ekstremizmin yaranma səbəbləri, təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları barədə ətraflı məlumat verərək, gəncləri radikal dini cərəyanların, yad dini ideologiyaların təsiri altına düşməkdən qorumağın, onların milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyini qeyd edib. S.Heydərov dini radikalizmlə mübarizədə hər bir Azərbaycan Respublikası vətəndaşının, xüsusilə gənc nəslin fəallıq və sayıqlıq göstərməsinin zəruriliyi diqqətə çatdırıb. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...