Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dini təhsil adı altında 67 nəfəri zəncirlədilər

Nigeriyanın şimal hissəsində bəzi müsəlmanlar zorakılığa məruz qalıblar.

Nigeriyanın şimal hissəsində 67 nəfər zəncirlənmiş şəkildə tapılıb.

Din.az xəbər verir ki, dini təhsil adı ilə 7 və 40 yaş arasında 67 nəfər alçaldıcı rəftara məruz qalıb.

Həbs olunanlar arasında olan 33 yaşlı Laval Ahmad təcavüzə və zorakılığa məruz qaldığını, hətta bəzi məhbusların ölümünün şahidi olduğunu bildirib.

Qeyd edək ki, təxminən iki həftə əvvəl 500 oğlan uşağı və kişilər də başqa bir binada zəncirlənmiş tapılaraq, xilas edilib. Onlar da işgəncə və təcavüzə məruz qalıb. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...