Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

“Dini xurafatla dini radikalizm 1 medalın iki üzüdür”

Share Button

“Media və din” konfransında səslənən fikirlər…

“Bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycan çoxkonfessiyalı ölkədir. Azərbaycanda ayrı-ayrı dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir”.

“Din.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, dünyada dindən sui-istifadə cəhdləri var: “Dini siyasiləşdirmək cəhdləri var. Eyni zamanda, müxtəlif dinlərin daxilində ayrı-ayrı cərəyanlar meydana gəlib, xüsusən İslam dini daxilində bu cərəyanların hansısa qolları Azərbaycana da gəlib çıxıb”.

Mübariz Qurbanlının sözlərinə görə, Azərbaycan mediasında bəzən yanlış olaraq bu cərəyanları bir-birinə qarışdırırlar və bəzən görürsən ki, bu cərəyanlarla əlaqədar yazılar yazarkən yerli-yersiz burada hansısa şəxsləri lider səviyyəsinə qaldırırlar: “Xurafat bu gün də mövcuddur. Cahillik də mövcuddur. Dini xurafatdan da sui-istifadə edirlər. Dini xurafatla dini radikalizm 1 medalın 2 üzüdür. Bunların hər ikisinə qarşı mübarizə getməlidir və burada medianın özünəməxsus yeri və rolu var”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir