Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dinimdə, ibadətimdə varam, fəqət hansısa məzhəbdə, təriqətdə yoxam!

Fəlsəfəni sevirəm, fəqət hansısa fəlsəfi cərəyanda yoxam!

Din.az bildirir ki, millət vəkili Fazil Mustafa özünün “facebook” səhəfəsində dini və fəlsəfi mövqeyi ilə bağlı maraqlı fikirlər bölüşüb. Həmin fikirləri sizə təqdim edirik:

“Sosial şəbəkədə illərdir varam, fəqət hansısa qrupda yoxam. Dinimdə, ibadətimdə varam, fəqət hansısa məzhəbdə, təriqətdə yoxam! Siyasətdə illərdir varam, fəqət hansısa qruplaşmada yoxam!! Futbol oynamağı və izləməyi xoşlayıram, fəqət hansısa takımın fanatlığında yoxam! İdeyalarım az-çox var, fəqət hansısa ideologiyada yoxam! Fəlsəfəni sevirəm, fəqət hansısa fəlsəfi cərəyanda yoxam! Kitab mütailəsi yaşamımın bir hissəsidir, fəqət hansısa yazara pərəstişkarlıqda yoxam!


Bu necə olur deyib keçməyin! İnsan öz ruhunun azadlığına inananda bal kimi də olur! Bir də insan nədəsə yoxdursa, o həm də ömür boyu axtarışda olan insandır. Oxuduqca, öyrəndikcə düşündükcə, axtardıqca öz cahilliyini, bilgisizliyini daha rahat anlayırsan. Sonsuza qədər bilik qazanmaq imkansızdır, fəqət ömür boyu axtarışda olmaq imkanı insanın öz əlindədir”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...