Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dinini dəyişdirənin cəzası öldürülməkdirmi?

“Ali İmran” surəsində iman gətirdikdən sonra inkar edən və dindən dönənlərin cəzalarının öldürülmək olmadığı bildirilir

Emre DORMAN

Quranda açıq şəkildə: “Dində təzyiq, zorakılıq yoxdur…” (“Bəqərə” surəsi, 256) deyilir, digər tərəfdən sonuncu Peyğəmbərimizə: “Sən onların üstündə qoluzorlu deyilsən. O halda, mənim hədələrimdən qorxanlara Quranla nəshitə et!” (“Qaf” surəsi, 45) şəklində xəbərdarlıq edilir. Quranda Allaha inanmayan, dinini dəyişdirən, namaz və oruc kimi ibadətləri yerinə yetirməyən və ya qadağan olmasına baxmayaraq, içki içməyə davam edən şəxslər üçün heç bir cəza və şərt yoxdur. Buna baxmayaraq, mötəbər qəbul edilən mənbələrdə qeyd edilən hədis rəvayətlərilə Allahın ayələrinə əhəmiyyətsiz yanaşılaraq dində olmayan şərtlər uydurulmuşdur.

Hədis rəvayətlərində Peyğəmbərimizin: “Dinini dəyişdirəni öldürün” (Buxari, İstitabətul-Murtəddin 2) dediyi, həmçinin başqa rəvayətə görə dinindən uzaqlaşaraq camaatdan ayrılan müsəlmanın qanının halal olacağı, yəni ölüm cəzasına layiq olacaq üç günahdan birini etdiyini dediyi iddia olunmuşdur. (Buxari, Diyat 6; Muslim, Qasamə 25, (1676); Əbu Davud, Hudud 1, (4352); Tirmizi, Diyat 10, (1402); Nəsai, Tahrim 5, (7, 90, 91), Qasamə 5, (8, 13)). Başqa rəvayət isə belədir: “Əlinin (r) bir topluluğu odda yandıraraq cəzalandırması xəbəri İbn Abbasa çatdıqda: “Mən olsaydım, onları yandırmazdım; çünki peyğəmbər: “Allahın əzabı ilə cəzalandırmayın” buyurmuşdur. Peyğəmbər “Dinini dəyişdirəni öldürün!” buyurduğu üçün mən də mütləq onları öldürərdim”. (Buxari, Cihad 149; İstitabətul-Murtəddin 1; Əbu Davud, Hudud 1; Tirmizi, Hudud 25; Nəsai, Tahrim 14; İbn Macə, Hudud 2).

Halbuki Qurana görə dinini dəyişdirənin öldürülməsi mümkün deyildir. Quranda dindən dönənlərlə bağlı ifadələrin qeyd edildiyi ayələr çox açıqdır. Bunların heç birində dindən dönən şəxsin öldürülməsi deyilmir: “Ey möminlər! Aranızdan kim dinindən dönsə, bilsin ki: Allah yaxında, sevdiyi və Onu sevən möminlər qarşısında boynubükük, kafirlərə qarşı başı uca bir topluluq gətirəcəkdir. Bunlar Allah yolunda döyüşür, heç bir qınayanın qınağından qorxmurlar. Bu, Allahın istədiyinə yönəltdiyi lütfdür. Allah, yaradılışı və yaratdıqlarını genişləndirir, hər şeyi bilir” (“Maidə” surəsi, 54).

Həmçinin başqa ayədə belə bir ifadə qeyd edilir: “…Sizdən kim dinindən dönüb kafir olaraq ölsə, elələrinin bütün etdikləri həm dünyada, həm də  axirətdə boşa getmişdir. Bunlar cəhənnəmlikdirlər, orada əbədi qalacaqlar” (“Bəqərə” surəsi, 217).

Bundan başqa, “Ali İmran” surəsindəki ayələrdə, açıq dəlillər verilib iman gətirdikdən sonra inkar edən və dindən dönənlərin cəzalarının öldürülmək olmadığı, mənəvi mənada Allahın, mələklərinin və bütün insanların lənətinə düçar olmaları olduğu ifadə edilir və hallarını düzəldənlər üçün Allahın bağışlayan olması vurğulanır: “Kim Allaha boyun əyib inanmaqdan başqa bir din axtarsa, bu ondan əsla qəbul edilməyəcək, o, axirətdə itirənlərdən olacaqdır. İmanlarından, rəsulun haqq olduğuna şahidlik etdikdən və özlərinə açıq dəlillər gəldikdən sonra kafir olmuş topluluğa Allah necə yol göstərər? Allah zalımlar topluluğuna yol göstərmir. Budur onların cəzası: Allahın, mələklərin və bütün insanların lənəti onların üzərinədir! Onlar daim lənət içində qalacaqlar. Nə onların əzabı yüngülləşdiriləcək, nə də üzlərinə baxılacaqdır. Ondan sonra tövbə edib vəziyyətlərini düzəldənlər müstəsnadır. Şübhəsiz ki, Allah, çox bağışlayan, çox mərhəmətlidir” (“Ali İmran” surəsi, 85-89).

Dinini dəyişdirdiyinə görə öldürülən insanın sonradan vəziyyətini düzəltməyə fürsətinin olmayacağı aydındır. Allahın bu qədər açıq ayəsinə baxmayaraq, belə hədis rəvayətlərini uyduraraq Peyğəmbərimizə iftira atanların bu iddialarının hesabını verə bilməyəcəkləri də hamımıza bəllidir. “Xeyr, çünki o (Quran), nəsihətdir. Artıq istəyən onu düşünüb nəsihət alsın” (“Abəsə” surəsi, 11-12).

MÜZAKİRƏ

3 şərh Dinini dəyişdirənin cəzası öldürülməkdirmi? üçün

  1. ramazan dedi:

    ne deyirsen ey emre hedisleri qoyaq qiraqa tek quranla gedekmi.buxari,ebu davud,tirmizi uydurma hedisler yaziblar?delilin nedir senin ey emre.quranda olmayanlari hedislerden oyrenmeyek?

  2. ramazan dedi:

    her halda cavab verersen bu suallara.

  3. Rövşən dedi:

    Ramazan qardaş əvvəla salam.Quranda olmayan deyirsən, halbuki burda qurandan dəlillər gətirilib ki dinindən dönənlər ölümlə cəzalandırılmamalıdır.Hədis quran ayəsinə ziddirsə əlbəttə ki uydurmadır.Fatihə surəsindəki qəzəbə uğramışlar və yolunu azmışlar da məhz alimlərinin kitablarını allahın kitablarından üstün tutduqları üçün dindən çıxdılar.Hz ƏEli deyib ki alim quranın üstünə kitab qoymayandır.Heç bir kitab qurana paralel tutula bilməz.Sagol

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...