Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
19.6.

Dinini dəyişən azərbaycanlı idmançı: “Boynumdakı xaçı görüb üstümə gəldilər”

Share Button

“Mən məscidə də getmişəm, sadəcə özümü rahat hiss edə bilmirdim…”

Fəridə Əzizova: “Neçə illərdir, ailəmlə bir yerdə yaşamıram, mənim öz yolum var. Valideynlərim mənim seçimimə qarışmır və hörmət edirlərsə, başqa insanlar da seçimimi normal qarşılamalıdırlar”

“Din.az” xəbər verir ki, 2012-ci il London olimpiadasında Azərbaycanı təmsil edən, 2016-cı il Rio-de Janeyro olimpiadasına lisenziya qazanan, Gənclər arasında Avropa çempionu, Qadınlar arasında dünya 3-cüsü, Dünya təsnifat turnirinin 2-cisi, Avropa oyunlarının gümüş medalçısı, xanım taekvandoçumuz Fəridə Əzizova “Sputnik”in suallarını cavablandırıb.

x406109473.jpg.pagespeed.ic.0VPM33id6p

– Fəridə Əzizovanın fərqli imici və kişi geyimlərinə üstünlük verməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bu haqda nə düşünürsən?

– Belə bir məsəl var ki, “pişiyin əli ətə çatmayanda adını iylənmiş qoyur”. Bizim cəmiyyətdə belə hallar var. İnsanlar xoşlayırlar ki, başqalarının həyatına müdaxilə eləsinlər. Xüsusilə özü kimi olmayan, özü kimi düşünməyən insanın həyatı daha maraqlı gəlir. Hər kəsin şəxsi həyatı var. Mən heç kimin şəxsi həyatına müdaxilə etmirəm. Xüsusilə 18 yaşından böyük insanın fikrini dəyişmək və ya onu özlərinə oxşatmağa çalışmaq çox çətindir və düzgün deyil.

O ki qaldı mənim geyim tərzimə, mən 10 ildir, belə geyinirəm və bu, mənə çox rahatdır. İdmançıyam, idmandan çıxandan sonra mənim saçıma, makiyajıma sərf etməyə vaxtım yoxdur. O vaxtı idmanıma sərf etməyi üstün tuturam. Onu da qeyd edim ki, elə insanlar var, mənim geyimimi şəxsi fikirləri ilə bağlayırlar. Belə insanlara demək istəyirəm ki, düşüncələrinizi dəqiqləşdirmək üçün başqalarından deyil, məhz məndən soruşun və mən də lazımı olan düzgün cavabı verim.

– Bu imicini nə qədər davam etdirmək fikrin var?

–  Buna imic deyə bilmərəm. Çünki, mənə rahat olduğu üçün belə geyinirəm. Düşünmürəm, nə vaxtsa geyim tərzimi dəyişəcəm. Böyük ehtimalla, həmişə belə geyinəcəm.

– Bir müddət sonra gənc qızlar Fəridənin imicinə müraciət edə bilərlərmi?

– Ola bilər. Niyə də olmasın? Mən düşünürəm ki, heç də pis geyinmirəm. Kimsə özünə bu imicdə görürsə, geyinsin.

406109225

– Bir neçə il əvvəl dinini dəyişdin. Niyə məhz xristianlıq və onun provaslav qanadı?

– Hər bir insanın özünə yaxın bildiyi din var. Mən xristianlığı qəbul edəndə heç kimə açıqlamadım. Bilirdim, çoxu mənə pis baxacaq, hətta mənə kafir deyən də çox olacaq. Mən bunu gündəm üçün eləmədim, əksinə özümə görə etdim. Sonradan şəkillərdə boynumdakı xaçı görüb başladılar sosial şəbəkələrdə mənə yazmağa və üzərimə gəlməyə. O insanlar cavabını aldılar. Mən düşünürəm ki, Allaha inanmaq lazımdır. Fərq eləmir məsciddəsən, kilsədəsən. Mən məscidə də getmişəm, sadəcə özümü rahat hiss edə bilmirdim. Kilsəyə gəldim, aylarla dərinliyə kimi araşdırdım və bir il sonra xristianlığı qəbul etdim. 3 ildir artıq bu dini qəbul etmişəm.

– Ailə üzvülərin bu haqda bilirlər?

– Necə ki digər insanlara, eləcə də ailəmə bu haqda heç nə demədim. Mən ailəmlə illərdir ki, bir yerdə yaşamıram və mənim öz yolum var. Ailəm də mənim seçimimə hörmətlə yanaşır. Valideynlərim mənim seçimimə qarışmırsa və hörmət edirlərsə, başqa insanlar da seçimimi normal qarşılamalıdırlar.

– Gələcəkdə hansısa müsəlman oğlanı sevsən və o, yenidən müsəlmanlığa qayıtmağı qarşına şərt qoysa, qərarın nə olar?

– Məni sevən olduğum kimi sevməlidir. Bunu bacarmırsa, demək sevmir. Ona görə dinimi dəyişmək fikrim yoxdur. Sevgi hörmətdir, sevgi bir-birini qarşılıqlı anlamaqdır. Əgər məni olduğu kimi qəbul etməsə, o insandan imtina edərəm.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

2 şərh Dinini dəyişən azərbaycanlı idmançı: “Boynumdakı xaçı görüb üstümə gəldilər” üçün

  1. Farid Rashid dedi:

    Bravo gozel soyledı esas olan allaha ınanmaqdır ıster ıslam. Ister xrıstıan. Hee gözel fıkre sahıbdır Allah islerınde başarılı etsı. Amın

  2. ramazan dedi:

    dinde mecburiyyet yoxdur.haqqda,yalanda melumdur.ALLAH istediyi ucun islamda qelbini gehishlendirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top