Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Dinlərə azadlığın verilməsi üçün dinlərarası dialoqun qurulmasında dövlət böyük rol oynayır” – Jan-Kristof Paskal

“Zorakılıq-din və din adından zorakılıq arasında bir aydınlaşma olmalıdır.”

“Yeni Zelandiyada və Şri-Lankada insanlar hücuma məruz qalırlar. Biz ziddiyətli məsələlər müşahidə edirik. Əgər dinlərarası dialoq belədirsə, demək ki, biz çox kritik vəziyyətə gəlib çatmışıq”.

Din.az bildirir ki, bunu Fransanın dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskal “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib. Onun sözlərinə görə, dünyada elə bir ölkə yoxdur ki, bu cür hadisələrdən sığortalansın: “Məncə zorakılıq-din və din adından zorakılıq arasında bir aydınlaşma olmalıdır. Dinlər bu məsələdə günahsızdır. Əgər terrorist “Allahu-Əkbər” deyərək kimisə öldürürsə, demək ki, o aranı qarışdırır. Çaşqınlıq yaradır. Biz necə edək ki, gənclər buna baxanda düşünməsin ki, din bundan ibarətdir. Biz yollar axtarmalıyıq. Bizim cəmiyyətlər pluralist cəmiyyətlərdir. Müxtəlif etnik mənsubiyyətlərdən ibarətdir. Müxtəlif konfessiyaları bura daxil etmək lazımdır. Biz bu fərqləri problem kimi yox zənginliyin nümunəsi kimi görməliyik. 2016-cı ilin iyulunda Fransada terror hadisəsində ölkədə qorxu yaranmışdı. Düşünürdülər ki, icmalar bir-birinə qarşı duracaq. Amma bunun tam əksi baş verdi. Katolik kilsəsi Polşada toplaşdı. Fransa rahibləri hamını sülhə çağırdılar. Qisasa yox, dua etməyə çağırdılar. Fransa müsəlman şurasının sədri bildirdi ki, hər bir müsəlman bazar günü kilsəyə getməli və hadisəyə öz etirazını bildirməlidir. Konfessiyalar arası fərqlərə baxmayaraq, insanlar birlikdə oldu”.
Paskal bildirib ki, dinlərarası dialoqun tərifinin verilməsinin və dövlətin, hökumətin rolunun müəyyən edilməsi, üçüncüsü isə düşüncə tərzini müəyyən etməliyik. Dinlərarası dialoq birgəyaşayış nə deməkdir?: “Bu konseptə bir tərif verilməlidir. Mütəxəssilər akademik bir səriştəyə sahib olmalıdır. Bu dialoqda iştirak edən şəxslər institutsional təcrübəyə sahib olmalıdır. Dinlər arasındaki oxşar cəhətlər Dinlər arasındaki oxşar cəhətlər müəyyən olunmalıdır. Burda bir təsnifat aparılmalıdır. Həyat dialoqu aparılmalıdır. İnsanlar birlikdə yaşayır. Bu bir faktdır. Onlar birgə yaşayır, amma bir-birləri haqda çox az şey bilirlər. Parisdə mənim çörək aldığım adam Tunisdəndir, müsəlmandır. Ramazan bayramında mən ona şirniyyat hədiyyə etdim. Söhbət dinlər arasında gedən dialoqdan əlavə cəmiyyətdə qonşular, fərqli dinlərə mənsub insanlar arasında dialoqdan gedir. Onlar birlikdə məktəbə gedir. Bir-birlərini tanımalı, həyat dialoqu qurmalıdırlar. İnsanlar öz münasibəti, öz bayramları haqqında nə isə paylaşırlar. Üçüncü səviyyəli dialoq daha çox görünən dialoqdur. Bunu mən əməkdaşlıq dialoqu adlandırıram. Məsələn yoxsulluq, evsizlik, işsizlik, miqrantların çətinlikləri və s. Belə bir anda biz birgə həll yolları tapmalıyıq. Fransada iki il bundan əvvəl hökumət belə bir saziş imzaladı. Katolik kilsəsi və protestant icması ilə. Əsas məqsəd təhlükəsiz körpüsünün yaradılması idi. Xüsusilə də Suriyadan gələn qaçqınların təhlükəsiz gətirilməsi ilə bağlı idi. Müsəlman icması dedi “gərək bizimlə də imzalayaydınız bu sazişi. Dialoqların müxtəlif səviyyəsi mövcuddur. Bax bu, birgə yaşayışdır. Yan-yana yaşayış deyil. Ümumi cəmiyyət üçün xeyir verən vətəndaş kimi. Ümumi xeyir naminə çalışmaq üçün dialoq vacibdir. Burda dövlətin və hökumətin rolu nədən ibarətdir? Birinci, dövlət dindən ayrıdır.

Dövlət dinlə əlaqəli ola bilməz və olmamalıdır. Söhbət burda fəlsəfi məsələlərdən gedir. Müxtəlif cəmiyyətlər arasındakı fərqlər var. Dövlət dinidirsə, o müəyyən məsələlərə müdaxilə edəcək. Dini azadlıq məsələlərini pozacaq. Dinlərə azadlığın verilməsi, sərbəstliyin verilməsi üçün dinlərarası dialoqun qurulmasında dövlət böyük rol oynayır. Əsas burda dövlətin məsuliyyəti, cəmiyyət daxilində sülhün təmin edilməsidir. Hər siyasətçi bilir ki, dinlərarası dialoq çox dəyərli amildir. Dövlət dinlərarası dialoqda tərəf deyilsə bu məsələləri təşviq etməlidir, həvəsləndirməlidir. Bu özü böyük bir məsuliyyətdir. Burda başqa bir məqam düşüncə tərzi ilə bağlıdır. Biz hamımız bilirik ki, instrumentallaşma riski var dinlər arasında. Bəzi dövlətlər deyə bilər ki, heç bir problem yoxdur. Dialoq məhdud olmamalıdır. Bir çox problemləri geridə qoymaq olmaz. Reallığı təksibetmə böyük riskdir. Eyni şeyləri düşünən insanlar arasında dialoq qurmağa ehtiyac yoxdur. Tərəflər fərqli ideyaları qəbul etməyə hazır olmalıdır”. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...