"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

“Disney” cizgi filmlərinin təhlükəli olmasına dair 10 SÜBUT

Share Button

Təqdim edəcəyimiz siyahı “Disney” filmlərindəki mövzuların sizin və övladınızın üzərində zənn etdiyinizdən də çox təsiri olduğunu göstərəcək

Bildiyiniz kimi “Disney” hər birimizin ağlında əxlaqi hekayələrlə və ümid, sevinc haqqında mahnılar söyləyən tüklü, sevimli gəmiricilərlə yadda qalıb. Bu, “Disney”in davam edə bilməsi üçün uzun zamandır çalışdığı bir imic olmasına baxmayaraq, filmləri diqqətlə araşdırdıqda bu məsum mesajların əslində tam tərsinin anlaşıldığını görürük.

“Disney” filmlərinin milyonlarla insanı, heç olmasa milyardlarla uşağı xoşbəxt etdiyinə heç şübhə yoxdur. Ancaq bu siyahı “Disney” filmlərindəki bezdirici mövzuların sizin və övladınızın üzərində zənn etdiyinizdən də çox təsiri olduğunu göstərəcək.

10 – Tarixi səhvlər…

Tənqidçilərin “Disney”ə ən çox qəzəbləndiyi nüanslardan biri, gerçək hadisələrə dayanan filmlərində tarixin səhv izah edilməsidir. Məsələn, “Pocahontas” həqiqi bir hekayə olmaqdan başqa, “Qızıldərili Soyqırım”a edilən bir lağ kimidir. Qızıldərili bir qadın baş qəhrəman, John Smith adlı miqranta aşıq olur. Ancaq həqiqətdə, Pocohontas 17 yaşındadır və Smith ilə aralarındakı münasibət romantizmdən çox, yoldaşlıq təməllərinə söykənir.

Lakin filmin sonu daha da pisdir. Məskunlaşan insanlar yerli xalq ilə dost olur və hər kəs sonsuza qədər xoşbəxt yaşayır. Həqiqətdə isə necə olduğunu hamımız bilirik. “Açıq qədər” ideologiyasına inanan  məskunlaşmacılar Amerikadakı yerli xalqın 90 faizini xəstəlik və soyqırım ilə yox etdi. Həyatda sağ qala bilənlər isə pis həyat şəraitinə tabe oldular və avropalılara kölə edildilər.

pocahontas-005

9 – Həddin artıq zəiflik…

Sıfır bədən görnüşü ilə bugünə qədər “Pamuk Prenses” xaric olmaqla, bütün şahzadələrin ortaq xüsusiyyətlərindəndir. Qadınların cazibədar olmaq üçün incə görünmələri bir yana, şişirtilməyin (məsələn, “Herkül”dəki Megaranın mümkün olmayan incə beli), axmaqlığın sərhədlərini keçməkdədir. Bir çox insanlar, xüsusilə də feministlər tərəfindən qadınların bu şəkildə təsvir edilməsinin gənc qızlarda anoreksiya və qidalanma problemlərinə səbəb olacağı dəfələrlə ifadə edilib.

2(159)

8 – Gizli mesajlar…

“Disney”in filmlərində bəzən gizli görüntülər, bəzən də səs yolu ilə qəribə mesajlar gizlədildiyi görünməkdədir. Bilməyənlər üçün subliminal mesaj, beynimizin görə bilməyəcəyi qədər sürətlə keçən görüntü və səslərin şüuraltımızda qəbul edilməsi və depolanmasıdır. Ən məşhur bir misalı çəkək: “Qurtarıcılar” filmində iki siçan sardalya konservasını sürərkən bir neçə dəfə arxadakı pencərədə çılpaq qadın şəkili görünürdü. “Disney” bunun filmin redaktorları tərəfindən bir zarafat olaraq daxil edildiyini söyləyərək günahı onların üstünə atıb və filmin bütün nüsxələri toplanıb.

3(83)

7 – Təcavüz qəbul edilə bilər…

“Disney”də təkrar edilən mövzular arasında, gözəl bir qadının dodaqlarından mənası olmayan bir öpüşlə oyandırılması vardır. Həm “Pamuk Prenses”, həm də “Yatmış Gözəl” bu təcavüzü pis qəbul etməmiş və hər ikisi də onları kobud şəkildə oyandıran “potensial təcavüzkarlarla” evlənmişlər.

4(41)

6 – İctimai statusun vacibliyi…

“Disney”in qəhrəmanları və pis adamları hər zaman ictimai iyerarxiyanın ən üst postlardan seçilirlər. Məsələn, “Zoluşka”nın əsas hədəfi, qorxunc və çətin həyat şəraitindən qurtulmaq üçün zəngin bir şəxslə evlənən gənc qızı anlatmaqdadır. Gənc qızın ən təəccüblü xüsusiyyəti isə, onu ögey bacılarından fərqləndirən cazibədarlığının olmasıdır. Baş qəhrəmanlardakı bu vəziyyət “Disney” filmlərinin hər birində vardır.

“Ağ atlı şahzadələr” gücləri və zənginlikləri ilə o qədər dəyərləndirilirlər ki, etdikləri ən pis şeylər üçün belə hesab vermək məcburiyyətində qalmırlar.

5(19)

5 – Çirkinlik pisdir…

“Disney” filmindəki əsas antagonistlər fiziki olaraq çirkin tərtib edilir və uşaqların bu xarakterləri pisliklə əlaqələndirməsi gözlənilər. Xüsusilə də qadın xarakterlər bu rəftara məruz qalır və hər biri 3 əsas pis xüsusiyyətdən birinə sahib olmalıdır; kök olmaq, yaşlı olmaq və ya iyrənc dərəcədə çirkin olmaq.

“Disney”in gözəlliyi isə xoşbəxtlik və əxlaqla dəyərləndirdiyini görə bilərik. “Disney”in pis adamları görünüşlərindən xoşları gəlməz və bunun əvəzini özlərindən daha gənc, zəif və gözəl olan xarakterlərdən çıxararlar.

6(14)

4 – Gözəllik yaxşıdır…

“Gözəl və Çirkin”… görünüş vacib deyil, mövzunu önə çıxartmaq daha vacibidir. Ancaq olanlara daha yaxından baxanda, filmdə bu mesajın tam tərsinin verildiyini görürük. Filmin kulminasiya nöqtəsində çirkin, yaraşıqlı bir insan formasına girir. Beləliklə, iki yaraşıqlı gənc evlənib sonsuza qədər xoşbəxt ola biləcək gözəlliyə çatmış olur. Bu da filmin mesajı: “Görünüş vacib deyildir” ilə toqquşur. Əgər görünüş vacib olmasaydı, çevrilməyə ehtiyac olardımı?

7(9)

3 – Satanizm obrazları…

Bu, müzakirə üçün hər nə qədər açıq bir mövzu olsa da, “Disney”in filmlərində satanizm mövzularının istifadə olunduğuna dair sübutlar tapılmaqdadır. Məsələn, “Gözəl və Çirkin” cizgi filmində Çirkin pəncələri və buynuzları ilə Luciferin ənənəvi təsvirlərinə bənzəməkdədir və sair…

8(9)

2 – Hər şeyin yaxşı göstərilməsi…

Bu məqamda bir çoxunuz “Disney” filmlərinin əsas kütləsinin uşaqlar olduğunu söyləyərək səbr göstərə bilərsiniz, ancaq ölüm hallarını və yaralanmaları şəkərlə və mahnı söyləyən tüklü heyvanlarla bağlamaları və daima xoşbəxt sonluqla bitmələri bir çox insanı da narahat etməkdədir. Məsələn, Şekspirin  “Hamlet” tamaşasından götürülən “Aslan Kral”dan danışaq. “Disney” tamaşanın əsas xarakterlərindən çoxunun öldüyü original sonluğu dəyişdirərək, onun yerinə yaxşının pisi yendiyini önə çəkib. Beləcə həm tamaşanın əsas mövzusunu mənasız etmiş, həm də Şekspirə qarşı hörmətsizlik edilib.

9(3)

1 – İrqi ayrı-seçkilik…

“Disney”in uşaqlara öyrətdiyi ən bariz və dəqiq şey irqlər arasındakı ayrı-seçkilikdir. Afroamerikalılara qarşı irqçiliyin daha çox yayıldığı 1941-ci ildə yayımlanan “Dumbo” filmindəki qarğalar bunun bariz nümunəsidir. Quşların dillərdən və geyimlərdən istifadə edərək açıq şəkildə Afroamerikalılarla lağ etməsi aydın görünür.

10(4)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir