Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Diyanət İşləri Nazirliyi də Prezident aparatına bağlanmalıdır

Çünki FETÖ islam dininə qarşı çevrilmiş təşkilatdır…

Diyanət işləri naziri Mehmet Görməz, “Baş Qərargah Nazirliyi və MİT Müsteşarlığının Prezident aparatına tabe edilərkən, Diyanət İşləri Nazirliyi də Prezident aparatına bağlanmalıdır” deyə qeyd edib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Fəthullahçı Terror Təşkilatı ilə mübarizədə ən əhəmiyyətli dayaqlardan birini də Diyanət meydana gətirir. Çünki bu hərəkat sadəcə demokratiyaya qarşı çevriliş deyildi, eyni zamanda İslam dininin əsasları ilə oynayır.

Mehmet Görməz, “Fəthullah Gülən, Diyanət İşləri Nazirliyində illər boyu vaizlik etmiş, məscid kürsülərində verdiyi vaazlarla bir camaat yaradıblar. Bu səbəblə mübarizənin əsas tərəflərindən biri Diyanətin üzərində olmalıdır” deyə bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...