Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Diyanət Nazirliyi Fəthullah Gülən üçün hərəkətə keçdi

“FETÖ-nün Günah Qalereyası” adı altında, Gülənin əsərləri araşdırılmağa başlanıb

Diyanət İşləri Nazirliyinin səlahiyyətli nümayəndələri “FETÖ-nün Günah Qalereyası” adı altında 15 iyul çevrilişə cəhddə “1 nömrəli” şübhəlisi olan Fəthullah Gülənin kitablarını araşdıraraq İslamda yeri olmayan sözlərinin mahiyyətini aşkarlayacaq.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Diyanət İşləri Nazirliyinə verdiyi “O insanın əsərlərini A-dan Z-yə kimi araşdırın. Sonra da “FETÖ-nün Günah Qalereyası” adlı bir kitab yayımlayın” tapşırığından sonra Diyanət hərəkətə keçib.

Daha əvvəl FETÖ-nün videolarına qarşı araşdırma aparan Din İşləri Ali Təşkilatı bu dəfə FETÖ-nün bütün kitablarını nəzarət altına alıb. Diyanət işçiləri “Din İşləri Ali Təşkilatı bir iş icra edir. FETÖ-nün bütün əsərləri bütünlükdə araşdırmaya aparıldı. Söylənən bütün sözlər araşdırılaraq İslamda yeri olamayanları ortaya çıxaracaq” deyib.

FETÖ-nün dövlət çevrilişinə cəhdindən sonra Din Şurasının fövqəladə toplandığını və şurada “Təşkilatı və liderini ucaldıcı sözdə elmi işlər və nəşrlər də araşdırılaraq elmi baxımdan dəyərləndirilməli və lazımi tədbirlər görülməlidir”, “FETÖ-nün İslama və müsəlmanlara verdiyi zərərləri, İslamın inanc prinsipləri, ibadət düşüncəsi və əxlaq düsturlarında etdiyi təhrif və təxribatı, İslamın əsas prinsiplərinə dair təhriflər təsbit edilməli və təsbitlər ictimaiyyət ilə paylaşılmalıdır” prinsiplərinin qəbul edildiyini xatırladan Diyanətin səlahiyyətli şəxsləri bunları bildirib:

“Din Şurasında FETÖ-nün yazdıqları ilə bağlı olaraq qəbul edilən bir maddənin çərçivəsində Din İşləri Ali Təşkilat araşdırmalarını davam etdirir. Bunu edərkən də onun qələmə aldığı, söylədiyi İslama zidd nə varsa ortaya çıxarılacaqdır. Məsələn, Peyğəmbər ilə görüşməsi… Peyğəmbər ilə görüşdüyünü hansı İslami qaynağa əsasən ifadə edir bu adam? Bütün bunlar ortaya çıxarılacaq”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...