Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

“Diyanət, xalqı 70 dəqiqə əvvəl oruca başladır!”

Share Button

Diyanət Vəqfi “İmsak səmanın ağarması ilə başlar” dedi, ilahiyyatçı Bayındır isə “xalqı 70 dəqiqə əvvəl oruca başladır” fikrini irəli sürdü

Ramazan gəldi və Türkiyədə hər il olduğu kimi bu il də oruc ilə bağlı bir çox suallar vətəndaşların ağlını qarışdırmağa başlayıb.

“Din.az” Türkiyə mediaəsn istinadən xəbər verir ki, Diyanət İşləri Vəqfinə verilən suallardan ən çox müzakirə olunanı isə yenə sahurun bitdiyi vaxt ilə bağlı olub.

Diyanət: Azan oxunmasa da səmanın üzü ağardısa yeməyin…

Vətəndaşlar “Sahurda azan qurtarana qədər yemək yeyilə bilərmi” sualını verdi. Diyanətin cavabı isə “İmsak vaxtı azanla deyil, göy üzünün ağarması ilə başlayır” oldu. Yəni, Diyanətə görə, azan oxunmasa da hava aydınlandısa yeməyə son vermək lazımdır:

“İmsak vaxtı azan ilə deyil, göy üzünün ağarması ilə başlayır. Azan oxunsa da, oxunmasa da imsak vaxtının başlaması ilə yeyib-içməyə son verilməlidir. Azanın imsak vaxtından əvvəl oxunması, azanla birlikdə oruca başlamağı zəruri qılmadığı kimi gec oxunduğu halda da yeyib-içmək caiz sayılmaz”.

Abdulaziz Bayındır: 70 dəqiqə tez başlayırıq…

İlahiyyatçı Abdulaziz Bayındır isə 70 dəqiqə tez oruc tutulmağa başlanıldığını bildirib.

Bayındır, “Cavab düzdür, amma vətəndaşlar baxsınlar ki, azan oxunduğu zaman səmada az da olsa işıqlanma varmı? Sözügedən işıqlanma, insanları oruc tutmağa başlatdıqdan 70 dəqiqə sonra olur” deyərək, vətəndaşların imsakdan əvvəl oruca başladıldığını irəli sürüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir