Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Diyanətdə də FETO təmizliyi başlayacaq

Share Button

Ən ağır tədbirlər alınacaq…

Türkiyənin Diyanət İşləri Nazirliyi hərbi çevrilişə cəhdlə bağlı iyulun 16-da fövqəladə toplantı keçirib. Nə qədər müfti, imam, müəzzin, Quran kursu müəllimləri və digər sahələrdəki işçilər üçün nizam-intizam cəhətdən ən ağır tədbirlərin alınacağı və vəzifədən atılacağı bildirilib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, uğursuz hərbi çevrilişə cəhdən sonra Türkiyənin Diyanət İşlər Nazirliyi və diyanət işləri naziri Prof.Dr.Mehmet Görmez nazirlikdə fövqəladə toplantı keçirib. Toplantıda Diyanət İşlərinin nazir müavinləri, köməkçiləri və dairə başçıları iştirak edib.

Diyanət əməliyyatlara başlayıb…

TSK-nın (Türkiye Silahlı Kuvvetleri) daxilindəki bir qrup terrorçu-Fəthullahçı əsgərlərin 15 iyul axşam saatlarında hərbi çevrilişə cəhdindən sonra FETO/Paralel Dövlət Yaradılmasına vurulan zərbədən sonra camaat üzvü olduğu deyilən Diyanətin ən yüksək vəzifələrdə oturanlarından başlamaqla müfti, imam, müəzzin, Quran kursu təlimçiləri və  digər vəzifələrdəki işçilər üçün nizam-intizam cəhətdən ən ağır tədbirlərin alınacağı və hətta vəzifələrindən atılacağı da iddia edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir