Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
diyanetten-oldurulen-darbeciler-icin-flas-karar-h1468929547-1210f6

Diyanətdən öldürülən qiyamçılarla bağlı QƏRAR

Share Button

Millətin hüququnu ayaqlar altına atanlar mömin qardaşlarının dualarına layiq deyil…

Türkiyənin Diyanət İşləri Nazirliyi ölən qiyamçılar üçün verdiyi açıqlamada cənazə namazlarının qılınmayacağını bildirib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Diyanət İşləri Nazirliyinin rəsmi saytından verilən açıqlamaya görə, 15 iyul gecəsi gerçəkləşdirilən dövlət çevrilişinə cəhddə ölən qiyamçı əsgərlər üçün cənazə namazı kimi dini xidmətlərin verilməyəcəyi bildirilib. Din İşləri Ali Təşkilat Nazirliyindən verilən mətbuat açıqlamasının tam mətni isə belədir:

Qiyamçıların cənazə xidmətləri ilə bağlı açıqlama…

15 iyul 2016-ci il tarixində FETO/PYD tərəfindən gerçəkləşdirilən dövlət çevrilişinə cəhddə öldürülən qiyamçıların cənazə namazları ilə bağlı xalqımızdan Din İşləri Ali Təşkilat Nazirliyimizə gələn çoxlu suallara əsasən aşağıdakı açıqlamanın cəmiyyət ilə paylaşılması uyğun görülüb.

Cənazə namazı, ölən bir mömin üçün qardaşları tərəfindən yerinə yetirilən bir təzkiyə və duadır. Bu mərasimdə möminlər ölən qardaşları üçün dua etməkdə, ona hüsnü şəhadətədə olmaqda və haqlarını halal etdiklərini elan etməkdədir.

Halbuki bu insanlar girişdikləri qarşıdurmalar ilə sadəcə fərdlərin deyil, bütün bir millətin hüququnu ayaqlar altına atmış və beləcə mömin qardaşlarının təzkiyə və dualarına layiq olmamışlar. Bu səbəblə ölkəmizin qanuni rəhbərliyinə baş qaldıraraq millətimizin və dövlətimizin azadlığını hədəf alan, TBMM (Türkiyə Böyük Millət Məclisi)  başda olmaqla ictimai təşkilatlara bomba yağdıran və mərhəmətsiz şəkildə xalqa qarşı silah qaldıran və bu sırada öldürülən qiyamçılara qarşı Nazirliyimiz salavat, təchiz, təkfin və cənazə namazının qılınması kimi dini xidmətlər verilməyəcəkdir.

Lakin zorla və təhdid yolu ilə hadisələrə məcbur edilmiş, heç bir şeydən xəbərsiz olan, nə olduğunu bilmədən özünü qarşıdurmaların içində tapan və həyatını itirən əsgərlərimiz ilə təhlükəsizlik qüvvələrimiz bu qərarın xaricində tutulacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

1 şərh Diyanətdən öldürülən qiyamçılarla bağlı QƏRAR üçün

  1. ramazan dedi:

    aferin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top