Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

DİZAYNERİ AZƏRBAYCANLI MEMAR OLAN TÜRKİYƏDƏKİ BU MƏSCİD GÖRƏNLƏRİ HEYRAN EDİR – VİDEO

“Sanki cənnətdə namaz qılırıq”.

Azərbaycanlı memar Türkiyədə maraqlı məscid dizayn edib.

Din.az A24.Az-a istinadən xəbər verir ki, Türkiyənin Kırşəhir şəhərində maraq doğuracaq məscid dizayn edilib. “Bəqərə” surəsindən ilhamlanaraq hazırlanan “Hamidiyə” məscidi bura gələnlərin marağına səbəb olub. Məscid 1910-cu illərdə inşa edilib. “Bəqərə” surəsinin 22-ci ayəsindəki sözlərdən bəhrələnərək məscidin girişində “asma bağlar”, divarında şəlalə, tavanında isə gömgöy səma təsvir olunub. Bu maraqlı dizaynın müəllifi azərbaycanlı memardır. Məscidə gələnlər də bildirir ki, burada özlərini sanki cənnətdə namaz qılırmış kimi hiss edirlər.

Həmin məscidin görüntülərini sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...