Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Donald Tramp: MÜSƏLMANLARI SEVİRƏM

“Müsəlmanlara nifrət edirsinizmi?” – D.Tramp: “Yox, bu yalandır”.

ABŞ prezidenti Donald Tramp müsəlmanlara nifrət etdiyi barədə yayılan məlumatları yalan adlandırıb.

Din.az Trend-ə istinadən bildirir ki, amerikalı lider bu barədə Böyük Britaniya televiziyasına müsahibəsində deyib.

“Müsəlmanlara nifrət edirsinizmi?” – sualına D.Tramp “Yox, bu yalandır” – deyə cavab verib.

ABŞ prezidenti əlavə edib: “Mən bütün insanları sevirəm, amma əgər insanlar pisdirsə, bunun üçün cəza olmalıdır. Mənim müsəlmanlarla yaxşı münasibətlərim var və mən prezident seçkiləri ərəfəsində müsəlmanlardan dəstək görmüşəm”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...