Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Donald Tramp: “Tillersonla İran məsələsində razılığa gələ bilmirdik”

“İranın nüvə məsələsi ayrılmağımızın qırılma nöqtəsi oldu”.

“Tillersonla İranın nüvə məsələsində anlaşa bilmirdik”.

Din.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etməsi ilə bağlı qərarını şərh edəkən deyib.

“İranın nüvə məsələsi ayrılmağımızın qırılma nöqtəsi oldu. Pompeo ilə fikrimiz eynidir. Uzun zamandır bu məsələni müzakirə edirdik”, – o vurğulayıb.

“Reuters” Ağ evə istinadən bildirib ki, Donald Tramp Şimali Koreya ilə danışıqlar başlayanadək yeni komanda formalaşdırmaq istəyir.

Qeyd edək ki, Trampla Tillersonun Şimali Koreya və Qətərə münasibətdə də fikir ayırlıqlarının olduğu bildirilirdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...