Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Donuz əti yeyən adamın bədənində yüzlərlə soxulcan yumurtası aşkar edildi – FOTO

74 yaşındakı adamın bədənində yüzlərlə soxulcan yumurtası aşkar edilib.

Çində tarazlıq və yaddaş itkisi səbəbi ilə həkimə müraciət edən 74 yaşındakı adamın bədənində yüzlərlə soxulcan yumurtası aşkar edilib.

Din.az xəbər verir ki, həkimlər apardıqları ilk müayinə zamanı yaşlı adamın həyati əlamətlərinin stabil olduğunu müəyyən edib. Ancaq aparılan fiziki müayinədə üzünün sol tərəfində əyilmə, danışığında isə kəkələmə müşahidə olunub.

Həkimlər apardıqları müayinələr nəticəsində adamın bədəninin demək olar ki hər yerində yüzlərlə kiçik soxulcan yumurtası olduğunu görəndə dəhşətə gəliblər. Yumurtaların xəstənin beyin, onurğa, bud, boyun, sinə və ayaqlarında olduğu görülüb. Həkimlər xəstəyə “nörokistisrozis” (çiy donuz ətinin qəbulu nəticəsində yaranan infeksiya) adlanan bir xəstəlik diaqnozu qoyub.

Nörosisticeroz ən ciddi infeksiya şəklidir və dünya miqyasında epilepsiya və tutmaların geniş yayılmış bir səbəbidir. Sözügedən adamın necə müalicə edildiyi və ya tam sağalıb-sağalmadığı məlum deyil, amma Dünya Səhiyyə Təşkilatı bu xəstəliyin müalicəsinin olduğunu deyir. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...