Donuz bədənində insan orqanı yaradılacaq – YENİLİK

Elm adamları bu dəfə də donuz üzərində insan orqanı inkişaf etdirməyi sınaqdan keçirəcək
Amerikalı araşdırmaçılar insanlara nəql edilmək üçün donuzlarda insan orqanları inkişaf etdirməyi sınaqdan keçirir.
“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, donuz embriyonlarına inyeksiya edilən kök hüceyrələr ilə “chimera” olaraq bilinən insan-donuz hibridi embrionlarının yaradılması üçün artıq işlər başladılıb.
Bu, dünya miqyasında ödənilə bilməyən insan orqanı nəqlinin ehtiyacı üçün alternativ axtarışın bir hissəsi olduğu bildirilir. Bu üsulla orqan nəqlinə ehtiyacın azala biləcəyini və ya vücudun köçürülən orqanı rədd etməsi kimi problemlərin aradan qaldırıla biləcəyi də vurğulanır.