Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dövlət başçısının Tanrı ilə bağlı dedikləri katolikləri ayağa qaldırdı…

Dutertedən növbəti qalmaqallı fikirlər …

Filippin dövlətinin başçısı Rodriqo Duterte tanrının “səfeh” olduğunu deyib. Dutertenin sözləri əhalinin 86 faizindən çoxunun katolik olduğu ölkədə qəzəb yaradıb.

Din.az xəbər verir ki, prezident televiziya ilə yayımlanan çıxışında Allaha “axmaq” dedikdən sonra İncildə Adəm və Həvvanın Tanrının gözündən düşməsi hekayəsini və xristianlıqdakı ilk günah anlayışını da tənqid edib.

Kilsə və çox sayda filippinli Dutertenin açıqlamalarını tənqid edərkən Dutartenin ofisindən dövlət başçısının şəxsi fikirlərini dilə gətirdiyi bildirilib.

Qeyd edək ki, Rodriqo Duterte daha əvvəl də Roma Papasını sərt bir dillə tənqid etmiş və onu “təcavüzkar, zalım və qadın düşməni” kimi dəyərləndirilmişdi. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...