Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dövlət çevrilişinə cəhdin başında duran ilahiyyatçı yoxa çıxıb

21 dəqiqə ərzində ilahiyyatçı alim qaçırıldı…

FETÖ-nun “Hava Qüvvələri imamı” Adil Öksüzün tutulub ədliyyəyə təslim edildikdən sonra 21 dəqiqə ərzində azadlığa buraxıldığı və tapılmadığı ortaya çıxıb.

15 iyulda dövlət çevrilişinə cəhd zamanı Akıncı Hava Üssündə olduğu və Gülən tərəfdarlarının “Hava Qüvvələri imamı” olduğu iddiası ilə haqqında tutulma qərarı çıxarılan Adil Öksüzün saxlanılıb ədliyyəyə təslim edildikdən 21 dəqiqə sonra azadlığa buraxıldığı və itkin düşdüyü ortaya çıxıb.

Sakarya Universitetində müəllimlik edən Öksüzün dövlət çevrilişindən əvvəl iki dəfə ABŞ-a getdiyi, son olaraq çevrilişdən 2 gün əvvəl Türkiyəyə gəldiyi aşkarlanıb. Ədliyyə tərəfindən sərbəst buraxıldıqdan sonra təyyarə ilə Ankaradan İstanbula gedən Öksüz sanki o gündən yoxa çıxıb.

Dövlət çevrilişindən sonra başladılan məhkəmə istintaqları zamanı haqqında saxlanma qərarı çıxarılan alim Adil Öksüz ilə bağlı yeni məlumatlar da əldə edilib.

2 gün əvvəl qayıtdı…

“Din.az” xəbər verir ki, “Milliyyət”in verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri Öksüzün İyun və iyul ayında 2 dəfə ABŞ-a getdiyini təsbit edib. İlk olaraq 20 iyunda ABŞ-a gedən Öksüzün 25 iyunda geri qayıtdığı müəyyən olunub.

Aparılan araşdırmalardan sonra Fəthullah Gülən tərəfdarlarının Hava Qüvvələrindəki imamı olduğu iddia edilən Öksüzün 11 iyulda bir daha ABŞ-a gedərək dövlət çevrilişinə cəhddən 2 gün əvvəl 13 iyulda ölkəyə geri qayıtdığı anlaşılıb.

Öksüzün 14 iyul tarixində İstanbuldan Ankaraya gəldiyi, 15 iyulda Akıncı Üssüdə olduğu müəyyən edilərkən, saxlandıqdan sonra 16 iyulun səhəri ədliyyədən sərbəst buraxılan Öksüzün eyni gün Ankaradan təyyarə ilə İstanbula, burdan da Sakaryaya getdiyi aşkarlanıb.

Haqqında həbs qərarı çıxarılan Öksüz sanki yoxa çıxıb. Öksüzün Sakaryada ola biləcəyi 4 evə basqın edilsə də hələ də tutulmayıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...