Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dövlət Komitəsi 63 adda dini ədəbiyyatın ölkəyə idxalına icazə verməyib

“Ədəbiyyatlar ölkədəki dini duruma mənfi təsir göstərir.”

“İndiyədək Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 1603 adda dini məzmunlu ədəbiyyata baxılıb”.

Din.az bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, onlardan 1540 adda dini ədəbiyyatın ölkəyə idxalına müvafiq qaydada icazə verilib: “Amma 63 adda dini ədəbiyyatın ölkəyə idxalına icazə verilməyib. Çünki həmin ədəbiyyatlar ölkədəki dini duruma mənfi təsir göstərir. Həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə nəşr olunmaq məqsədilə təqdim edilmiş 214 adda dini ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilib, onlardan 4-nün çapı məqsədəuyğun sayılmayıb”. / APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...