Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dövlət Komitəsi: Bakıda erməni kilsəsi dövlət tərəfindən mühafizə olunur

“Azərbaycanda yaşayan ermənilərə qarşı heç vaxt ayrı-seçkilik edilməyib”.

“Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar təşkil etsə də, digər dini konfessiyalar da azad və sərbəst şəkildə fəaliyyət göstərirlər”.

Din.az bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində keçirilən plenar iclasda deyib.

O bildirib ki, Azərbaycanda məscidlərlə bərabər, kilsə və sinaqoqların da tikintisi və təmirinə xüsusi önəm verilir.

M. Qurbanlı qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, ölkədə yaşayan ermənilərə qarşı heç vaxt ayrı-seçkilik edilməyib: “Ermənilər tarixi Azərbaycan torpaqlarında toponimləri dəyişmək və oradakı dini abidələri özününküləşdirmək siyasəti həyata keçirsələr də, Bakının mərkəzində yerləşən erməni kilsəsi Azərbaycan dövləti tərəfindən mühafizə olunur”. / APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...