Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

DÖVLƏT KOMİTƏSİ: BİR QRUP ŞƏXSİN “AŞURA” GÜNÜ GƏNCƏDƏKİ “İMAMZADƏ” ZİYARƏTGAHINDA ETDİYİ HƏRƏKƏT CİDDİ QANUN POZUNTUSUDUR

“Kənar yerlərdə kütləvi mərasimlərin keçirilməsi müşahidə edilməyib”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Aşura” günü Gəncədəki “İmamzadə” ziyarətgahı kompleksində bir qrup şəxslə polis arasında baş verən qarşıdurmaya münasibət bildirb.
Din.az-ın bildirdiyinə görə, Report.az-ın sorğusuna cavab olaraq Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbənin müdiri Əliheydər Zülfüqarov deyib ki, bu il “Aşura” mərasimləri qanunvericiliyə uyğun olaraq ibadətgahlarda (məscid və ziyarətgahlarda) və onlara məxsus ərazilərdə təşkil olunub, kənar yerlərdə kütləvi mərasimlərin keçirilməsi müşahidə edilməyib.


Onun sözlərinə görə, neqativ hal kimi qeydə alınan “Tasua” günü Gəncə şəhəri “İmamzadə” ziyarətgahı kompleksində nizam-intizamı, asayişi təmin edən polis əməkdaşlarına qarşı bir qrup şəxsin itaətsizlik göstərərək onlara, həmçinin din xadimlərinə fiziki xəsarət yetirməsi qanunvericliyin tələblərinin ciddi şəkildə pozulması kimi qiymətləndirilir: “Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır”.
O bildirib ki, insident qısa müddətdə aradan qaldırılıb, “Aşura” günü Gəncə şəhər “İmamzadə” ziyarətgah kompleksində mərasimlər normal şəkildə keçirilib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...