Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Şamaxı və Ucarda falçı kimi məşhur olan 2 qadın dindirilib

Dövlət komitəsi bölgələrdə falçılığa qarşı yoxlamalara başlayıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) müvafiq bölgə şöbələri, Daxili İşlər Nazirliyinin (DİN) yerli bölmələri ilə birlikdə Ucar və Şamaxı rayonlarında falçı adı altında fəaliyyət göstərən şəxslərə qarşı yoxlama tədbirləri həyata keçirib.

“Din.az”ın məlumatına görə, Komitədən “Report”a bildirilib ki, əməliyyatın keçirilməsində əsas məqsəd son günlər KİV-lərdə falçılıq adı altında fəaliyyət göstərən şəxslərlə bağlı məlumatların yer almasıdır.

Yoxlama tədbirləri zamanı falçılıq adı altında fəaliyyət göstərən Ucar rayonu Qaracallı kənd sakini Məlahət Qafarova və Şamaxı rayon sakini Sveta İsmayılova müəyyən edilərək dindirilib. Dindirilmə zamanı hər iki şəxslə mövcud qanunvericilik barəsində söhbət aparılıb, adıçəkilən şəxslərin qanunazidd fəaliyyətləri nəticəsində əldə ediləcək əmlakın inzibati və cinayət məsuliyyəti yaradacağı ilə bağlı xəbərdarlıq edilib. Hər iki şəxs yol verdikləri əməldən peşman olduqlarını və bu fəaliyyətlə bir daha məşğul olmayacaqlarını bildiriblər.

Qeyd edək ki, dələduzluq faktı əsasında falçılıq fəaliyyəti ilə məşğul olan və saxtakarlıq edərək əhalinin pulunu mənimsəyən şəxslərə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəlləsinə uyğun olaraq respublikanın digər bölgələrində də hüquq-mühafizə orqanları ilə birlikdə bu kimi halların qarşısının alınması üçün tədbirlər davam etdiriləcək.

Vətəndaşların diqqətinə çatdırılır ki, aldadılaraq inamından sui-istifadə olunan, pulu mənimsənilən şəxslər mütləq şəkildə hüquq-mühafizə orqanlarına müraciət etsinlər.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...