Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dövlət Komitəsi QMİ ilə birlikdə məscidlərdə azanın eyni vaxtda verilməsinə nəzarət edəcək

Məscidlərdə azanın eyni vaxtda verilməsi məsələsinə ciddi nəzarət edilir.

“Bu il ərzində Ramazan ayı ilə bağlı heç bir təqvim çapına məqsədli şəkildə icazə verilməyib”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayı ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bunu etmək istəyən yalnız istinadla edə bilər: “Belə halların şahidi olanlar dərhal aidiyyəti şöbələrə müraciət edə bilərlər”.

Komitə sədrini müavini eyni zamanda, məscidlərdə azanın eyni vaxtda verilməsi məsələsinə də toxunub. O qeyd edib ki, vahid mənəvi mühit qorunub saxlanılmalıdır: “Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə yaxından əməkdaşlıq ediləcək. Bu il daha yaxşı nəticələr əldə ediləcək. Ötən il bununla bağlı cəmi bir-iki fakt qeydə alınıb”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...