Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dövlət Komitəsi sədrinin birinci müavini: “Azərbaycanda heç vaxt təriqətlər arasında münaqişələr olmayıb”

“Ərəb dövlətləri Azərbaycanda sünni və şiələrin eyni məsciddə namaz qıldıqlarını eşidəndə inanmayıblar”.

 “Azərbaycanda heç vaxt dini məzhəb ayrı-seçkiliyi, təriqətlər arasında münaqişələr olmayıb. Bu amil dünyada bizə böyük hörmət gətirib”.

Din.az “Report”a istinadən xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Heydər Əliyevin 94 illiyi münasibətilə dini icmalar arasında “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda elan edilən məqalə müsabiqəsinin mükafatlandırma mərasimində deyib.

Onun sözlərinə görə, ərəb dövlətləri Azərbaycanda sünni və şiələrin eyni məsciddə namaz qıldıqlarını eşidəndə inanmayıblar: “Ərəb dövlətləri bu məsələnin nə olduğunu öyrənmək üçün səfirlərinə göstəriş verdilər. Kadrları öz gözləri ilə gördükdən sonra buna inandılar”.

“Məzhəblər arasında münaqişənin olmaması birincisi mentalitetmiz, ikincisi analarımızla bağlıdır. Azərbaycanda müxtəlif dindən olan millətlər yaşayıb. Analarımnız heç vaxt ayrı millətin nümayəndələrini, qonşunu bizə pis obrazda təqdim etməyiblər. Qonşularla hər zaman yaxşı davranmağı tövsiyə ediblər. Bu qonşular arasında həm azərbaycanlı, həm də rus, erməni, yəhudi və s. olub”, – S.Salahlı bildirib.

Dövlət Komitəsi sədrinin birinci müavini vurğulayıb ki, sovet dövründə Azərbaycanda 17 məscid olduğu halda, hazırda onların sayı 2000-dən çoxdur.

S.Salahlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan idarələrdən biri olduğunu xatırladıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...