Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Dövlət Komitəsi sədrinin müavini: “Azərbaycanda sabitliyi pozmağa yönəlmiş addımların qarşısını alırıq”

“Bakı prosesi” öz nəticəsini verir: “Biz dini maarifləndirməni həyata keçirməliyik”.

Dövlət Komitəsi sədrinin müavini: “Azərbaycanda sabitliyi pozmağa yönəlmiş addımların qarşısını alırıq”

“Azərbaycanda heç vaxt dini zəmində qarşıdurma olmayıb”.

Din.az bildirir ki, bunu “Bakı prosesi: Dini icmalar və vəzifələr” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.

O qeyd edib ki, Azərbaycanda digər xalqlara hörmətlə yanaşırlar: “Azərbaycan müxtəlif millətlərin nümayəndələri yaşayırlar. Onlara heç vaxt təzyiq olmayıb, əksinə hörmətlə yanaşıblar, diqqət göstəriblər”.

S.Salahlının sözlərinə görə, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi “Bakı prosesi” öz nəticəsini verir: “Biz dini maarifləndirməni həyata keçirməliyik. Biz preventiv tədbirlər həyata keçirməklə ölkədə sabitliyi pozmağa yönəlmiş addımların qarşısını alırıq. Ölkədə dini ayinlərin icrası ilə bağlı hər hansı qadağa yoxdur. Məsələn, vəhhabilər bunu gizlətmirlər, deyirlər ki, biz hakimiyyətə gələcəyik, sizin malınızı mülkünüzü ələ keçirəcəyik. Bu, artıq dini fəaliyyət deyil. Ölkədə Konstitusiyanın tələblərinə əməl edilir. Biz imkan verə bilmərik ki, hansısa qruplar ölkənin siyasi quruluşunu dəyişsinlər. Bu, dünya xalqları tərəfindən də təqdir olunur”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...