Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dövlət Komitəsinin dini radikalizm əleyhinə hazırladığı “Oxu” sənədli filmi gənclər üçün nümayiş olunub

Yeni sənədli filmin adı “Oxu”dur.

Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini radikalizm əleyhinə hazırladığı “Oxu” sənədli filmi gənclər üçün nümayiş olunub və filmin müzakirəsi keçirilib.

Din.az Trend-ə istinadən bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, komitəsi tərəfindən dini radikalizm əleyhinə müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri sənədli filmlərin hazırlanması və onların ictimaiyyətə təqdim olunmasıdır: “İndiyədək dini radikalizmlə bağlı müxtəlif adlarda sənədli filmlər çəkilib və ictimaiyyətə təqdim olunub. Yeni sənədli filmimiz isə “Oxu”dur. Məlumdur ki, “Qurani-Kərim”də ilk hökm oxu ilə başlayır. Bu filmdə də dini radikalizm və onun mahiyyəti ifşa olunur. Burada, eyni zamanda Azərbaycanda dini radikalizm əleyhinə görülən işlər öz əksini tapıb”.

M.Qurbanlı vurğulayıb ki, filmin əsas məqsədi radikal dini qrupları faktiki materiallarla göstərmək və ictimaiyyətə təqdim etməkdir.

Komitə sədri əlavə edib ki, bu il Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə bir neçə layihələr həyata keçiriləcək. Bunlara kiçik həcmli video-çarxların, sənədli filmlərin hazırlanması daxildir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...