Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dövlət Komitəsinin rəsmisi: “Azərbaycanda dini tələbatın ödənilməsi üçün məscidlərin sayı yetərlidir”

“Məscidlərin tikilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur”.

“Azərbaycanda 2 166 məscid var və bu ibadət ocaqlarının ümumi tutumu təxminən yarım milyon civarındadır”.

“Din.az” bildirir ki, bunu “Report”a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov deyib.

Onun sözlərinə görə, Azərbaycanda dindarların ehtiyacına uyğun olaraq məscidlər mütəmadi inşa edilir: “Məscidlərin tikilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Ölkədə 2 166 məscid var və bu ibadət ocaqlarının ümumi tutumu təxminən yarım milyon civarındadır. Azərbaycandakı ümumi dindarlığın sayı isə bu rəqəmin yarısından da azdır”.

Ə.Zülfüqarov bildirib ki, ölkə ərazisində dini tələbatın ödənilməsi üçün mövcud məscidlərin sayı yetərlidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...